Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan parlamentinin deputatı: Orduda xaos hökm sürür

“Maariflənmiş Ermənistan” Partiyasıdan Milli Məclisdə deputat Qevork Qorqisyan orduda ümumi xaosun hökm sürdüyünü vurğulayaraq, müdafiə nazirinə müraciət edib.

"RegionTV.info"   xəbər verir ki, deputatın sözlərinə görə, “Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, növbətçilik şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbçilər döyüş növbətçiliyindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Hərbçilər çovğun zamanı itkin düşürlər”, – deyə deputat qeyd edib.  O, bildirib ki, Ermənistan ordusunda anarxiya hökm sürür.

“İnsanlara maaş verilmir. Bu xaos nə vaxta qədər davam edəcək, cənab nazir? Siz nə edirsiniz ki, orduda belə vəziyyət yaranıb?” – Qorqisyan nazirə müraciət edib.

Lakin Qorqisyanın sualı cavabsız qalıb, vitse-spiker Alen Simonyan ona sualları yazılı formada təqdim etməyi məsləhət görüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də