Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə yüksəlib






Ermənistanda daha 172 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 675-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 911-ə çatıb. İndiyədək 41 605 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 878 aktiv koronavirus xəstəsi var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də