
"RegionTV.info"nun məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Mərdəkan qəsəbəsində 1961-ci il təvəllüdlü Quluzadə Rafət Rza oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, ayaqların sınığı diaqnozu qoyulub.