
RegionTV.info bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər danışıq zamanı 2021-2025-ci ilə qədər iqtisadi əməkdaşlıq proqramını imzalamaq niyyətində olduqlarını da açıqlayıblar.
Dövlət başçıları Qazaxıstan və Rusiya arasındakı ticarət-iqtisadi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini, habelə Qazaxıstanda rəqəmsal platformanın yaradılması barədə əldə olunan razılığı yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Qazaxıstanın Baş naziri Askar Mamin Rusiyaya səfəri zamanı Rusiyanın "Sputnik V" vaksininin əlavə 4 milyon dozasının tədarükünə dair razılığa gəlib. Fevralın 1-də koronavirusdan kütləvi peyvəndin başlanmasına qədər Qazaxıstana Rusiyadan 22 min vaksinin birinci komponentinin dozaları göndərilib və istifadə olunur.