Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb. Bu son illər ərzində ən böyük göstəricidir.RegionTV.info bildirir ki, Gürcüstanın ən çox borcu olan kredit təşkilatları sırasında Asiya İnkişaf Bankı birinci yerdədir.
Ölkənin bu banka 1,7 milyard dollar borcu var.
İkinci yerdə 1,1 milyard dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, üçüncü yerdə isə 906 milyon dollarla Beynəlxalq İnkişaf Agentliyi dayanır.
Xəbəri paylaş