Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Səfər Əbiyev də müxtəlif yollarla vətənpərvər hərbçiləri "vururdu"…”

“2007-ci ildə o zabitə Nazirlikdən cavab gəldi ki, 1990-cı ildə komsomoldan çıxarıldığına görə rütbən 8 ildir ki, artırılmır…”




 “1990-cı illərdə, yəni 1-ci Qarabağ savaşı illərində, eləcə də müstəqillik dövründə orduda  mayor, polkovnik, tabor komandiri,  briqadanın qərargah rəisi kimi və s. xidmət etdiyim 23 il ərzində də(1991- 2014)  - şahidi olmuşam ki, Azərbaycanda vətənpərvər, Vətənini, xalqını, dövlətini sevən, gerçəkdən də torpaqlarımızın azad edilməsinə can atan və bu yolda həyatını da, ailəsini də qurban verməyə hazır olan general və zabitlər kifayət qədərdir. Bunu son Tovuz döyüşlərində general, polkovnik, mayor və s. rütbəli oğullarımızın qəhrəmancasına şəhid olması da təsdiqlədi...”

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, 2014-ci ildə Ağdam istiqamətində  ordu briqadasının qərargah rəisi kimi təxris olunmuş ehtiyatda olan polkovnik Azay Kərimov söyləyib.
 
“Lakin təəssüf ki, ermənilərə və digər xarici düşmənlərimizə  xidmət edən xain qüvvələr Azərbaycanın Qarabağı azad etmək planlarının qarşısını almaq, eləcə də onun müdafiə qüdrətini sarsıtmaq məqsədilə belə vətənpərvər general, zabit, çavuş və əsgərlərimizi daim hər vasitə ilə sıradan çıxarmağa çalışırlar... 

Keçmiş Müdafiə naziri Səfər Əbiyev də digər xainlərin dəstəyi ilə bu cür igid hərbçilərimizin  bu və ya digər yollarla “vurulub”  ordudan uzaqlaşdırılmasına nail olub... Tərtərin Qapanlı kəndindən hərbçilərin yaxşı tanıdığı  bir general vardı, Səfər Əbiyevin bütün göstərişlərini o, yerinə yetirirdi. 2000-ci ilin əvvəllərində hazırkı korpus  komandiri general-leytenant Rövşən Əkbərovun tabeliyində nə qədər peşəkar, millətsevər zabitlər  xidmət edirdi.  R.Əkbərov o zaman qiyabi təhsil aldığı  Kiyev Hərbi Akademiyasında imtahanlarını vermək üçün Ukraynaya getdiyi vaxtlarda həmin zabitlər dərhal müxtəlif bəhanələrlə ya tamamilə təxris olunur, ya da  başqa, uzaq hissələrə dəyişdirilirdi.  Təsəvvür edin, səhv etmirəmsə, 2007-ci ildə özüm şahidi olmuşam, zabitlərdən biri Nazirliyə raport yazıb 8 il ərzində rütbəsinin hansı səbəbdən artırılmamasını öyrənmək istəmişdi. Ona cavabda yazılmışdı ki,  buna səbəb  1990-cı il yanvarın 29-da (Qanlı Yanvar faciəsindən sonra-S.L.) yol verdiyin nöqsanlara görə, komsomol təşkilatından xaric edilməyin olub.   Təəssüf ki, indi də belə savadsız, rüşvətxor, həm də xain qüvvələr müxtəlif yollarla ordumuzu gözdən salmaq, əsl vətənpərvər general və zabitlərimizi sıradan çıxarmaq işlərini davam etdirməyə çalışırlar...”- deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də