
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.
Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.
Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.
"Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - Mesrop Arakelyan deyib.