
"RegionTV.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayında R.T.Ərdoğan 1428 səs toplayaraq yenidən AKP sədri seçilib.
"Yenidən məni AKP sədri postuna layiq gördüyünüz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm", - deyə Ərdoğan vurğulayıb.