Masallıda bəzi yolların bərbad vəziyyətdə olması sakinləri narahat edir.
"RegionTV.info" xəbər verir ki, söhbət rayonun Hüseynhacılı kəndindən gedir.
Kənd sakinləri deyir ki, uzunluğu 6 km olan yol o qədər yararsız haldadır ki, nəinki avtomobil, heç piyada da getmək olmur.
“Kəndə qonaq gələndə hamımız xəcalət çəkirik. Evdən təmiz paltarda çıxıb palçıq içərisində geri qayıdırıq. Taksi belə kəndə maşın sürmür ki, avtomobilə ziyandır. Kənddə xəstələnən olsa təcili yardım gəlmir, bədbəxt hadisə olanda FHN maşınları gəlib çıxa bilmir. Beş dəqiqəlik yolu 1 saata güc-bəla ilə gedirik. Problemlə bağlı nə qədər müraciət etsək də səsimizi eşidən yoxdur”,-deyə kənd sakinləri qeyd edib.
Ətraflı BakuTV-nin sujetini təqdim edirik:
Xəbəri paylaş