
RegionTV.info bildirir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.
Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:
"Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür".