Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu istiqamətdə hərəkət məhdudlaşdırılır

Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.
Bu barədə RegionTV.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də