Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Facebook"da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo göstərilir






“Facebook”da Azərbaycandan olan istifadəçilərin əhəmiyyətli bir qisminin yaşayış yeri kimi Konqo Respublikası göstərilir.

“Report”un məlumatına görə, bu cür şəxslərin sayı minlərlədir.

Həmin şəxslər arasında bir sıra məşhur şəxslər, o cümlədən deputat, vəzifəli şəxs, habelə müxtəlif obyekt ünvanları, restoranlar və mağazalar da var.

Texnobloqer Fərid Pərdəşünas “Report”a bildirib ki, problem insanların diqqətsizliyindən qaynaqlanıb:

“Konqo Respublikasında Baku adlı yer olduğu üçün insanlar paytaxt Bakı şəhərinin adını ingiliscə Baku yazarkən bəzən Konqodakı Bakunı tanıyır. Daxil edərkən insanlar diqqət eləmir və Azərbaycanın Bakısı əvəzinə Konqonun Bakısı qeyd edilir. “Facebook” normalda olduğu yerə yaxın yer seçməlidir, lakin arada belə problemlər olur. Sadəcə insanlar diqqət etməlidir”.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də