Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid bacısı qardaşının döyüşdüyü səngərə gedib bu görüntüləri çəkdi - VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun ailə üzvləri onun vətən uğrunda canından keçdiyi əraziyə baş çəkiblər.
 
"RegionTV.info"  
xəbər verir ki, Ağdama səfər edən şəhidimizin atası Fərhad Həsənovla bacısı Günay Əsədova hərbçimizin döyüşdüyü səngərdə olublar.
 
Bu zaman şəhid kapitanın bacısı qardaşının Vətən müharibəsində şücaət göstərdiyi ərazini lentə alıb, döyüşdüyü səngərləri, onun hansı yerdə şəhid olduğunu göstərib.
 
Günay Həsənova qardaşının şəhid olduğu səngərdən torpaq da götürüb. O bildirib ki, şəhid qanının axan bu torpaqda Xarı Bülbül əkəcək.
 
Qeyd edək ki, İmişli rayonundan olan şəhid kapitan Əsəd Həsənov Ağdamda yerləşən N saylı hərbi hissənin Qərargah rəisi olub. O, oktyabrın 1-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə 32 yaşında şəhidlik zirvəsinə ucalıb.
 
Onu da əlavə edək ki, şəhidin bacısı Günay Əsədova Zəfər paradını Əsəd Həsənovun şəkilini bağrına basaraq göz yaşları ilə izləmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də