Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaqub Eyyubovun biznes şəriki hansı sabiq məmurdur? – Ad açıqlandı

Baş nazirin birinci müavini Yaqub Eyyubov Qusarda böyük torpaq sahələrini və fındıq bağlarını "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb. Söhbət ümumilikdə 344 hektar sahədən gedir.
 
"RegionTV.info"nun  xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
C.Həsənli bildirib ki, ərazinin 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir: “Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl "QRANT QARDEN" MMC tərəfindən zəbt edilib. "QRANT QARDEN" MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı işadamı Xaliq Abbasovdur. Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də