
Bu barədə "RegionTV.info" Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərkibi hərbçilərdən ibarət olan qruplaşmanın üzvləri 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər hərbi xidmətlə bağlı müxtəlif səbəblər üzrə kömək bəhanəsi ilə ABŞ vətəndaşı N.T-dan 25 min ABŞ dolları alıblar. Hərbi qulluqçular törətdikləri cinayətlə bağlı izahatlar veriblər.
Faktla bağlı cinayət işi başlanıb. Qruplaşma üzvlərinin sayı açıqlanmır.