Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ağdama səfər zamanı 2 "media kapitanı"nın əxlaqını nümayiş etdirən davranışları məni şoka salmışdı" - Aslan İsmayılov

"RegionTV.info"
Mətbuat işçilərinin və ictimai fəalların Ağdama səfəri zamanı 2 “media kapitanı”nın əxlaqını nümayiş etdirən davranışlarını hamı kimi mən də görmüşdüm. Orada davranışıma fikir verənlərin çoxu nə üçün bikef olduğumu soruşsalar da həqiqəti heç kimə deməmişdim. Ancaq həmin “media kapitanları”nın davranışı sözün həqiqi mənasında məni şoka salmışdı. O ifadələrin azərbaycanlı demirəm, ümumiyyətlə xanım adlanan kəslərin dilindən səslənməsinin özü dəhşət idi. Həmin kapitanlar isə R.Mehdiyev-Ə.Həsənov cütlüyü tərəfindən ən möhtəşəm məclislərin başında otururdular, xalqa əxlaq, mənəviyyat dərsi keçirdilər, özlərini Azərbaycan xanımlarına nümunə sayırdılar, bu gün ağır xəstəlik keçirən xanım kimilərinə yuxarıdan aşağı baxırdılar.

Həmin səfərdən bir neçə gün keçməsinə baxmayaraq bu gün də o media bossları haqqında yazıları mənə göndərib münasibət bildirməmi istəyirdilər. Bu mövzuya toxunmağı özümə sığışdıra bilmirdim. Ancaq bu gün həqiqi jurnalist xanımın durumunu biləndən sonra bu mövzunu yenidən gündəmə gətirməyi özümə borc bilirəm. Həmişə xanımlığı ilə seçilən jurnalist hər tərəfdən bir-birilərini ən əxlaqsız formada təhqir edənlərdən üstün və  peşəkar idi. Ancaq bu gün onun müalicəyə ehtiyacı olduğu halda o cür təbiyəsizliyə yol verənlər, bir-birilərinə həqiqətən layiq olduqları ifadələri ünvanlayanlar isə xüsusi imtiyazlara sahibdirlər. Baxın, bu bizim əsl faciəmizdir!

Faciəmiz isə ondadır ki, biz artıq bu davranışa alışmışıq və burada qeyri-adi heç nə görmürük. “Sonanın uşaqları” adlananlar artıq həyatımızın önəmli simalarına çevriliblər və nə özləri oradan çıxmaq fikrindədirlər, nə hakimiyyət buna çalışır, nə də ki, biz bunu tələb etmirik. Əksinə, onlardan narkotikaya görə həbs ediləndən az qala vicdan məhbusu da düzəltdik. Alkoqolik, tərbiyəsiz, əyyaş birindən dahi şəxsiyyət, digərindən dövrümüzün qurbanı obrazı yaradırlar. Hər ikisi də bu gün meydan sulayır. Bunlar üçün vacib olan həyasızlıq, vicdansızlıq, tərbiyəsizlikdir, çünki bu xüsusiyyətlər onlara uzun illərdir ki, uğur, qazanc, şöhrət gətirir. Bunun qarşısını almağa hamılıqla çalışmasaq nə peşəkarlıq, nə də əxlaq qalacaq.

Bunu hamımız bilməliyik!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də