Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aqil Məmmədov şəhid ailələri və qazilərlə görüşdü - FOTO

Milli Məclisin Kəlbəcər 123 saylı seçki dairəsindən seçilən deputat Aqil Məmmədovun bölgələrdə seçiciləri ilə görüşü davam edir.

"ReginTV.info"nun  məlumatına görə, Yevlax şəhərində Milli Məclisin deputatı Aqil Məmmədov ilk öncə Şəhidlər Xiyabanın ziyarət etmiş, Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunmuşdur.

Millət vəkili A. Məmmədov seçiciləri Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması milli bayramlarımızı tezliklə doğma yurdlarımızda keçirməyə imkan verəcək. O günlərin daha tez baş verməsi üçün Azərbaycan dövləti kompleks tədbirlər həyata keçirir.

Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan əslən Kəlbəcər rayonundan olan və Yevlax şəhərində müvəqqəti məskunlaşan şəhid Azər Mikayılovun  və Həsənli Seymurun ailəsində olmuş, ailənin vəziyyəti ilə maraqlanmışdır.

Görüşləri davam etdirən Milli Məclisin deputatı  Aqil Məmmədov Vətən müharibəsinin qaziləri ilə görüşmüşdür. Görüş zamanı bir sıra suallar verilərək o suallara aydınliq gətirilib. Eyni zamanda qazilər dövlətin onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirmiş və tezliklə bərpa ediləcək Kəlbəcərdə məskunlaşmağı arzulamışdır.

Xatırladaq ki, bucür görüşlər gələcək günlərdə də davam edəcək və ənənə halın alacaqdır. 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də