
"RegionTV.info"nun məlumatına görə, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Pikap" tipli avtomobil "Azsamand"la, sonra digər avtomobillə toqquşub. Zəncirvari qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.