Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Tbilisidən 146, Kiyevdən 193, Bakıdan isə 446 dollara…” – “Dolamısınız milləti?”

“Hörmətli AZAL, sizin inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərməyinizə görə Azərbaycan vətəndaşı təyyarə biletinə niyə ərtaf ölkə vətəndaşlarından daha çox pul ödəməlidir?!”.

 "RegionTV.info"  xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli yazıb. O, bilet qiymətləri ilə əlaqədar eksperiment keçirib:

“Eksperiment üçün tasədüfü tarixlər seçdim. 5 apreldə İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir. Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet sataraq necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya da alır?! Dolamısınız e milləti!”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də