Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

NATO-nun Baş katibi Rusiyanı ittiham etdi - VİDEO

Son illərdə Rusiya həm ölkə daxilində, həm də xaricdə təcavüzkar mövqeyinə sadiq qalır”.

"RegionTV.info"   xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, son illərdə Rusiya Gürcüstan və Ukrayna kimi qonşu ölkələrə qarşı təcavüz nümayiş etdirir, NATO müttəfiqlərinin daxili siyasi proseslərinə müdaxilə edir və ölkəsindəki müxalifətə təzyiq göstərir.

“Və bu, hamısı deyil. Rusiya Prezidenti Vladimir Putin, əlbəttə ki, Rusiya dövlətinin hərəkətlərinə görə cavabdehdir. Təcavüzkar münasibət nümunəsi görürük. Bunların hamısı qəbuledilməz davranışlardır. Möhkəm olmağa davam edəcəyik. Eyni zamanda çəkindirmə, müdafiə və dialoqu da əhatə edən ikitərəfli yola sadiq qalacağıq”,- deyə Stoltenberq bildirib.

Qeyd edək ki, martın 23-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iki günlük iclası keçiriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də