
"RegionTV.info" xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilir.
Qeyd edilib ki, hazırda uçuş cədvəlinə görə aprelin 30-dək maksimum sayda aviareyslər həyata keçiriləcək: “Uçuş cədvəlində təqvim dəyişiklikləri texniki səbəblərə görə ola bilər”.
Vurğulanıb ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir: “Belə ki, ötən ilin martın 21-dən qəbul edilmiş qərara görə, 2021-ci ilin 31 dekabr tarixinədək sərnişinlər biletlərini məhdudiyyətsiz dəyişdirə bilərlər”.
Xatırladaq ki, THY şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,536 milyard lirə (təxminən 620 milyon dollar) mənfəətlə çıxıb. Milli aviadaşıyıcı 2020-ci ildə 46,4 milyard lirə (təxminən 6,3 milyard dollar) gəlir əldə edib. Bu, 2019-cu ilə nisbətən 38,2 % azdır.