
"RegionTV.info" xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə Britaniya ştammı müəyyən edilib.
Yeni növ virus daha təhlükəli olması barədə operativ qərargahın sonuncu iclasında da məlumat verilib.
Son günlər apardılan elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, ölüm riskinin də çox olduğunu təsdiq edib.
Həkimlər isə növündən aslı olmayaraq virusdan qorunmağı ən əsas yolunun ümumi qaydalara riayət etmək olduğunu bildirir.