Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha iki zəlzələ hiss edildi

Martın 24-də yerli vaxtla saat 08:31-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

"RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 
Məlumata görə, 3,2 bal gücündə qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələlərin tədqiqatı bürosunun yaydığı digər bir məlumata görə, yerli vaxtla saat 09:46-da İran ərazisində də zəlzələ qeydə alınıb.

Maqnitudası 4,5 olan təkanlar 7 km dərinlikdə qeydə alınıb. İranda qeydə alınan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də