Ermənistanda itkin düşən müddətdən artıq xidmət edən iki hərbi qulluqçunun biri ölüb.
"RegionTV.info" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Cermukda yerləşən hərbi hissədə xidmət edən Aqasi Ovanisyan və Karen Şahnazaryanla əlaqə iki gün öncə kəsilib.
Axtarış nəticəsində A.Ovanisyanın meyiti tapılıb, K.Şahnazaryan isə hospitala yerləşdirilib. Onun vəziyyətinin ağrı olduğu bildirilib.
Qeyd edək ki, hərbçilər martın 21-də bir postdan digərinə keçən zaman güclü çovğun nəticəsində itkin düşmüşdülər.
Xəbəri paylaş