ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən supermarketdə baş verən atışma nəticəsində 10 nəfər ölüb.
"RegionTV.info"nun məlumatına görə, müvafiq açıqlama Boulder şəhər polis idarəsi tərəfindən tvitterdə yayımlanıb.
Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin öldüyünü yazmışdı.
Qeyd edək ki, “King Soopers” supermarketinin yaxınlığında naməlum şəxs atəş açıb. Daha sonra mağaza binasına daxil olaraq insanları güllələyib. Hadisəni törədən şəxs saxlanılıb.
Ağ Evin sözçüsü Cen Psaki, ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.
Xəbəri paylaş