
"RegionTV.info" xəbər verir ki, sosial şəbəkədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adi vətəndaşlarla təyyarədə səfər etdiyini göstərən video yayılıb.
Görüntülərdə M. Babayevin "biznes-klass”da deyil, "ekonom-klass”da səfər etdiyi görünür.
ETSN rəhbərliyinin bu davranışı sosial şəbəkədə müsbət qarşılanaraq təqdirəlayiq hərəkət kimi dəyərləndirilib.