Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alman deputat təyyarədə vəfat etdi

Almaniyanın CDU partiyasından Bundestaqın üzvü Karin Ştrents Kubadan Almaniyaya qayıdarkən təyyarədə vəfat edib.

RegionTV.info xəbər verir ki, 54 yaşlı K.Ştrents uçuş zamanı huşunu itirib. Bu səbəbdən təyyarə İrlandiyanın Dublin şəhərində təcili eniş edib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də