Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib.
Başsağlığı mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayımlanıb:
“Beyrut limanında baş verən dəhşətli partlayış xəbəri bizi çox kədərləndi.
Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik”.