Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Gəncə Maşınqayırma Zavodu” MMC-nin “Qızılbaş” ləqəbli baş direktoru Rasim Hüseynov işçiləri kütləvi şəkildə işdən azad edib.
"RegionTV.info" xəbər verir ki,”Dünyanınsəsi”nin redaksiyasına müraciət edən 20 nəfər üzləşdikləri vəziyyətlə-əmək hüquqlarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısı möhtərəm İlham Əliyevə şikayət məktubu ünvanlayıblar.
Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Preizdenti möhtərəm cənab İlham Əliyevə
Kütləvi şəkildə işdən azad edilən Gəncə şəhər sakinləri tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm cənab Prezident, bildiririk ki, biz 20 ildir ki, Аzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Gəncə Maşınqayırma zavodunda işləyirdik.Ancaq bu günlərdə bizə xəbərdalıq bildirişi göndərilib və qeyd olunub ki, sizinlə bağlanan əmək müqaviləsinə 1 aprel 2021-ci il tarixdə xitam veriləcək. Diqqətinizə çatdıraq ki, bizim hər birimizin maddi vəziyyəti olduqca aşağıdır və demək olar ki, ailəmizin minimum ehtiyaclarını belə ödəyə bilmirik. Belə olan halda isə bizi pandemiya dövründə işdən azad edirlər. Sizin xüsusi tapşırığınıza görə pandemiya dövründə və sərtləşdirilmiş karantin vaxtı işçilərin işdən azad olunması yolverilməzdir. Amma görünən odur ki, nə “Gəncə Maşınqayırma zavodu” MMC, nə də Müdafiə Sənayesi Nazirliyi bu tapşırığınızı nəzərə almaq fikrindən uzaqdır.
Möhtərəm cənab Prezident, onu da diqqətinizə çatdıraq ki, əslində burada bizim əmək hüquqlarımız da pozulur. Çünki bizi əvəllər dəvət edib guya iş yerimiz ixtisara düşüb adıyla könüllü olaraq ərizə yazdırmışlar.Həm də xahiş etmişik ki, öz ərizəmizə uyğun olaraq işdən azad edin. “Gəncə Maşınqayırma zavodu” MMC-nin direktoru Rasim Hüseynov bizimlə Аzərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quluyevin adından hədə dili ilə danışır. O zaman sual yaranır. Əgər bizimlə bağlanmış əmək müqaviləsinin müddəti bitirsə, niyə Rasim Hüseynov yenidən 40 nəfər öz qohum-əqrabasını işə götürüb? Niyə həmin müqaviləyə rəsmi qaydada xitam verilmir? Niyə bizə göndərilmiş xəbərdalıq bildirşində əmək məcəlləsinin maddəsi konkret göstərilməyib? Adətən, ixtisarlar zamanı hansı işçilərin işdən çıxarılacağına müdiriyyət qərar verir. Nəzərə almaq lazımdır ki, rəhbərlik seçim edərkən, Əmək Məcəlləsinə uyğun davranmalı, işdə qalma üstünlüyü olan şəxsləri qanunun tələblərinə əsasən, müəyyən etməlidir.
Qeyd edək ki,redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş