
"RegionTV.info" xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib.
2004-cü il təvəllüdlü Kazımova Nuray Füzuli qızı və onun bacısı, 2007-ci il təvəllüdlü Kazımova Günay Füzuli qızı yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Xəstəxanaya yerləşdirilən bacıların vəziyyətlərinin kafi olduğu bildirilir.