Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? – İŞGƏNCƏ XƏBƏRLƏRİ VAR

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Əfv sərəncamından sonra azadlığa çıxmış keçmiş məhbuslar ölkə həbsxanalarındakı vəziyyətə diqqəti çəkib.

"RegionTV.info"-nun xəbərinə görə, xüsusilə, 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar bu müəssisədə dəhşətli işgəncələrin olmasına dair xəbərlər yayır.

Bununla bağlı xəbərlər artıq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.



Həmin məlumatlarda iddia olunur ki, 16 saylı Cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Eminəliyev məhkumlara işgəncə verir.
Hətta bəzi keçmiş siyasi məhkumlar onun bir sıra psixoloji probleminin olduğunu iddia edərək, əlavə edirlər ki, Emin Eminəliyev ondan edilən heç bir şikayətlərə əhəmiyyət vermir. Onun işgəncə metodları barədə yazan keçmiş məhkumlar qeyd edir ki, ən alçalıdıcı üsullarla məhbuslara işgəncələr verir.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə Penitensiar Xidmətin rəhbərliyini bu fakta diqqət çəkməyə çağırıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin mövqeyini öyrənməyə çalışsaq da qeyri-iş günləri olduğundan bu cəhdimiz baş tutmadı.
Adıçəkilən qurumun da mövqeyini işıqlandırmağa hazırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də