Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.
"RegionTV.info" xəbər verir ki, bunu Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib.
O qeyd edib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.
Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.
Xəbəri paylaş