"RegionTV.info"
Türkiyə Prezidenti Rəcəb Tayyip ƏrdoğanMərkəzi Bankın sədrini qəfil işdən çıxarandan sonra lirə 15-17 faiz ucuzlaşıb.
Martın 22-də səhər bir dollar 8.36 lirəyə bərabər olub. Ötən həftənin sonunda bu göstərici 7.21 idi.
Bu eniş tədiyyə balansında böhran riski yaradır. Türkiyə mediası bəzi yerli bankların xarici valyuta və qızıl mübadiləsini dayandırdığını xəbər verir.
Martın 19-da Prezident Ərdoğan Mərkəzi Bankın rəhbəri Naci Ağbalı vəzifədən çıxarıb, onu hakim partiyanın keçmiş üzvü Sahap Kavcıoğlu ilə əvəzləyib.
Kavcıoğlu 2019-cu ilin ortasından bəri Mərkəzi Bank rəhbərliyinə gətirilmiş üçüncü şəxsdir. O, Ağbalın sərt siyasətini tənqid edib.
Ekspertlər deyirlər ki, lirənin zəifləməsi ölkədə inflyasiyanı gücləndirə bilər.
Xəbəri paylaş