Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq.
“RegionTV.info” xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə deyir ki, yaşı 40-dan yuxarı olan insanlar cəmiyyətin ən aktiv təbəqəsi hesab olunur və bu şəxslər əksər hallarda xəstəliyi asimptomatik keçirdiklərindən risk daha böyükdür. Vüqar Cavadzadənin sözlərinə görə, hazırda ölkədə vaksinasiya prosesi bir neçə istiqamətdə aparılır.
Qeyd edək ki, bu günə kimi ölkəmizdə koronavirus infeksiyasına qarşı 482 min 664 nəfər peyvənd olunub və bu proses uğurla davam etdirilir.
Xəbəri paylaş