Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
"RegionTV.info"nun əldə etdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyət üzrə rəis köməkçisi, polkovnik-leytenant Əjdər İsgəndərov tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Ə. İsgəndərov Gədəbəy rayon Polis şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.
Xəbəri paylaş