"RegionTV.info"
30 ildən sonra Ağdamın Əfətti kəndinin sakinləri Novruz bayramını fərqli şəkildə qeyd edirlər.
Daha insanlar baharı ermənilərin yağdırdıqları güllə səsləri altında deyil, işğaldan azad edilmiş torpaqların sevinci ilə qarşılayırlar.
Sakinlər deyir ki, torpaqların işğalda olduğu vaxt mənfur düşmənin gülləsinə tuş gəlməmək üçün əkin-biçin işlərini rahat yerinə yetirə bilmirdilər. İndi isə arxayınlıqla sahələrinə gedir, təsərrüfat işləri ilə məşğul olurlar.
Ətraflı Baku TV-nin süjetində:
Xəbəri paylaş