
"RegionTV.info" Anadolu agentliyinə istinadən xəbər verir ki, zərbələr nəticədə 20-dən çox hədəf məhv edilib, xeyli sayda terrorçu öldürülüb. Cavab zərbəsi zamanı yalnız atəş nöqtələrinə deyil, həm də Tel-Rıfatda terrorçuların nəzarəti altında olan hədəflərə zərbələr endirilib.
Qeyd edək ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən əhaliyə ciddi ziyan dəyməyib.