
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun güllə yarasından öldüyü ehtimal edilən meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib.
Faktla bağlı araşdırma aparılır.