"RegionTV.info"
Tovuzda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik göstərərək şəhid olmuş DİN-in Daxili Qoşunlarının hərbiçilərinin və digər şəhid ailələrinin ailəsinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Novruz bayramı ərəfəsində gətirdikləri sovqatı təqdim ediblər.
RPŞ-nin rəisi, polis polkovniki Habil Əmraslanov görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiklərini vurğulayıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.
Şəhidlərin ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar, onlarla mütəmadi maraqlandıqlarına görə polis əməkdaşlarına təşəkkür ediblər.