"RegionTV.info" xəbər verir ki, bu barədə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin növbəti iclasında məlumat verilib.
İclasda İctimai Birliyin prezidenti Aqil Acalov, Braziliya Ciu-Citsu döyüş sənətinin Azərbaycanda banisi, həmçinin klubun təsisçisi Taleh Həsənov, klubun Birinci vitse-prezidenti Rəsul Məmmədov, vitse-prezidenti Anar Səfərov, Mədəniyyət Departamentinin sədri Zavir Nəcəfov və klubun hüquqşünası Fərid Mikayılov iştirak ediblər.
Rüfət Həsənov (idarəçilik və marketinq üzrə təlimçi, sosial və xeyriyyə layihələrinin təşkilatçısı, iş adamı, ictimai xadim) söz alaraq qəbul olunan qərardan məmnunluq duyduğunu, hər zaman idmana dəstək olduğunu, bundan sonra xüsusilə İctimai Birliyin inkişafı, həmçinin bu idman növünün ölkədə öz layiqli yerini tapması üçün əlindən gələni edəcəyini bildirib.
Öz layihəsində daima idmançıarı işıqlandıran,idmançıarın keçdiyi əziyyətli və şərəfli yolu izləyicilərinə göstərən Rüfət Həsənovun məqsədi hər bir gənc idmançımızın qarşısında qoyduğu hədəfə inamla irəliləməsidə çəkdiyi verilişlərlə stimul verməkdir.
İnstagram : @motivatorazerbaijan
Facebook: Motivator Azerbaijan
QALEREYA