Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TN: Sinifləri şagirdlər arasında 1,5 m məsafəni qorumaq meyarına görə qruplara böləcəyik






"Sinifdə şagirdlərin minimal və ya maksimal sayına hədd qoymuruq, sinifləri şagirdlər arasında 1,5 m məsafəni qorumaq meyarına görə qruplara böləcəyik".

Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib: "Adi məktəblərdə sinif otaqları 60 və ya 36 kvadrat metrlikdir, 60 kvadram metrlik otaqlarda dərs keçiriləcəksə, partaların 1,5 metr məsafə ilə olmasına uyğun şagird sayı götürüləcək. Nə qədər imkan varsa, sinif o qədər komplektləşdirilib qruplara bölünəcək. Çox şagird sıxlığı olan siniflərdə isə övladının getməsindən ehtiyat edən valideynlər xüsusi iltizam formasını imzalamaqla məktəbə göndərməyə bilər. Şagird sıxlığı olan siniflərdə ehtimal var ki, hər valideyn uşağını göndərməyəcək və bu da şagird sıxlığını azaldacaq. Hər partada 1 şagird oturmaqla dərs keçmək mümkün olacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də