
"RegionTV.info" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Artaqatsotn bölgəsinə səfəri zamanı deyib.
"Ter-Petrosyan özü siyasi karyerasında 2 dəfə qaçmağın nümunəsini göstərib. İnsanlar məni güllələməli olduqlarına qərar versələr belə, divarın önündə dayanacağam. Qaçmayacağam", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Levon Ter-Petrosyan daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Baş nazir Nikol Paşinyanın dərhal istefa verib, ölkədən qaçması olduğunu demişdi.