Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkilinin seçiciləri ilə növbəti görüşü baş tutub - FOTO


"RegionTV.info"
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhəri ərazisində yerləşən Kəlbəcər RİH Aparatının akt zalında, Aqil Məmmədovla seçiciləri arasında növbəti görüşü baş tutub Görüşdən əvvəl millət vəkili, onun köməkçisi, Kəlbəcər rayon Prokuroru, Kəlbəcər rayon Məhkəməsinin sədri, həmçin digər vəzifə sahibləri şəhər ərazisində yerləşən şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin ərazi bütövlüyü uğurunda şəhidlik zirvəsinə ucalanların məzarlarını ziyarət etdilər, onları ruhlarına dualar oxudular.

Daha sonra akt zalında keçirilən görüş zamanı istər Gəncə şəhəri ərazisində məskunlaşan, istərsə də Şəmkirdən, Goranboydan, Daşkəsəndən və digər ərazilərdən görüşə qatılan bir çox seçicilərin problemləri yerində həll olundu, bəzilərinin problemləri isə, məhz həll olunmaq üçün aidiyyatı qurumlara göndərildi.  

Kəlbəcər RİH Aparatının akt zalında görüş başa çatdıqdan sonra, Aqil Məmmədov başda olmaqla tədbir iştirakçıları Göygöl rayonu ərazisindəki şəhidlər xiyabanına baş çəkdilər və şəhidlərin ruhuna dualar oxuyub, onların adlarını ehtiramla yad etdilər. Daha sonra tədbir iştirakçıları 44 gün davam edən Vətən müharibəsində iştirak edib şəhidlik zirvəsinə ucalan, əslən Kəlbəcərdən olan və Murovdağ ərazisində salınmış şəhidlər xiyabanını ziyarət etməyi unutmadılar. Yəni, burada da şəhidlərin ruhuna dualar oxundu, xatirələri yada salındı, adları ehtiramla yad olundu. Həmin saatlarda Aqil Məmmədovla şəhidlər xiyabanında çalışan şəxslər arasında görüş baş tutdu və, o, həmin şəxsləri diqqətlə dinlədikdən sonra, məhz onlara məxsus problemlərin həlli yöndə lazımi köməklik göstərəcəyinə vəd verdi.

Bəli, bütün bunlar onu sübut edir ki, Aqil Məmmədov bir millət vəkili olaraq hər zaman seçicilərinin yanındadır, onlara məxsus məsələ və problemlərin həlli istiqamətində fəaliyyətini davam etdirməkdədir. Onu da qeyd edək ki, Aqil Məmmədov seçiciləri ilə keçirdiyi görüşlər zamanı, Azərbaycan xalqını Novruz-Bahar bayramı münasibətilə təbrik etməyi də unutmadı.




            


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də