Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli Məclisin sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

"RegionTV.info"nun  məlumatına görə, təbrikdə deyilir:

“Sizləri ürəkdən təbrik edir, sizlərə sağlamlıq, bol ruzi-bərəkət, sevinc dolu xoşbəxt ömür arzulayıram. Novruz təbiətin canlanması, yenilənməsi rəmzidir. Arzu edirəm bu bayram sizlərin ocağına bərəkət, sevinc və əmin-amanlıq gətirsin.

Bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş bir xalq kimi qeyd edirik. Allah Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə
rəhmət eləsin, onların ailələrinə və doğmalarına səbir ehsan eləsin, yaralılarımıza və qazilərimizə şəfa nəsib eləsin!”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də