Belarusun “Belavia" aviaşirkəti martın 20-dən etibarən Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir. "RegionTV.info" xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb. Bildirilir ki, Minsk-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.