"RegionTV.info" xəbər verir ki, Özlem Türeci və Uğur Şahin koronavirusla beynəlxalq mübarizədə müstəsna xidmət göstərərək insanlığa ümid olduqları üçün Almaniya Federativ Respublikasının xidmətə görə ordeninə layiq görülüblər.
Qeyd edək ki, bu orden (Verdienstorden der Bundesrepublik Deutschland) siyasi, iqtisadi, mədəni, mənəvi və fəxri sahələrdəki uğurlarına görə Almaniya dövlətinin verdiyi ən yüksək dərəcəli mükafatdır.
QALEREYA