Gəncə Şəhər İcra Hakimiyyəti teatr binasının və idman sarayının inşası ilə bağlı elan etdiyi açıq tenderlərin qalibi "Rövşən Oğuz
Qrup" MMC-yə müvafiq olaraq daha 9,35 milyon manat və 9,4 milyon manat, ümumilikdə 18,75 milyon manat ödəyəcək.
"RegionTV.info" xəbər verir ki, bundan əvvəl sözügedən tikintilərlə bağlı müvafiq olaraq 16,9 milyon manat və 6,4 milyon manat, ümumilikdə 23,3 milyon manat ayrılmışdı. Beləliklə, 2 obyektin inşa xərcləri 42 milyon manatı keçəcək.
Xəbəri paylaş