Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı, 15 saylı cəzaçəkmə və Müalicə müəssisəsində icra olunub.
"RegionTV.info" xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Burada daha 14 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Eyni zamanda 15 saylı cəzaçəkmə müəssisəsindən 18 nəfər azadlığa buraxılıb. Daha 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Bundan əlavə, Müalicə müəssisəsindən əfv olunan 6 nəfər məhkum azadlığa çıxıb. 1 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamı icra edilib.
Xəbəri paylaş