Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Dövlət Təhlükəsizliyi Xidmətinə “Melorasiya və Su Təsərrüfatı” Açıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.
Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
K.Əsgərov deyib ki, şikayət ərizəsində “Melorasiya və Su Təsərrüfatı” ilə bağlı məqamlar qeyd olunub:
““Melorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları yoxdur.
“Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında atam bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın.
Qaldırılan məsələ “ağ yalandırsa”, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müqavilələr necə imzalanıb?
Bilmək istəyirik, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki, məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın”.