"Bu günlərdə 3 xəstəmizdə Britaniya ştammının təsdiqlənməsi hər bir ölkə kimi bizi də narahat etməyə başlayıb".
"RegionTV.info" xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, virusun mutasiyaya məruz qalan reallığı var və bu, davamlı şəkildə gözlənilən hadisə idi:
"Türkiyə başda olmaqla, Avropa ölkələrinin çoxunda qeydə alınmış bu ştammın tipindən asılı olmayaraq hər birimiz buna qarşı həssas davranmalı və özümüzü, cəmiyyətimizi qorumaq üçün sadə qaydaları ciddi şəkildə əməl etməliyik.
Britaniya ştammı və ona bənzər digər ştammların xüsusiyyətləri arasında fərqlilik odur ki, yoluxma sürəti həddindən çoxdur. Bu, o deməkdir ki, yoluxma sayı qısa müdət ərzində bugünkü bilinən rəqəmlərin qat-qat üstünə çıxa bilər. Bu ştammın insan həyatının tələfatına səbəb olub-olmaması artıq çox da əhəmiyyət kəsb etmir. Çünki saylar çoxaldığı zaman eyni nisbətdə rəqəmsal olaraq ölüm sayları da arta bilər.
Bu günlərdə Britaniya ştammının ölkədə görünməsi, yoluxanların sayının 4 rəqəmliyə yaxınlaşması hər bir dövlət kimi bizi də narahat edir. Cəmiyyətin hər bir üzvü də ola biləcək böyük dalğalar qarşısında daha böyük tələfata getməməsi, səhiyyənin zərbə almaması üçün bayram günlərində məsuliyyətini dərk etməlidir".
Xəbəri paylaş